Lənkəranda özünü və evini yandıran şəxs ölüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Lənkəranda özünü və evini yandıran şəxs ölüb - TƏFƏRRÜAT - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 Sentyabr , 2017 17:20
Lənkəranda özünü və evini yandıran şəxs ölüb - TƏFƏRRÜAT - YENİLƏNİB
Report

Lənkəran. 20 sentyabr. REPORT.AZ/ Lənkəranda özünü və evini yandıran şəxs ölüb.

"Report"un cənub bürosunun məlumatına görə, rayonun Xanlıqlı kəndində baş verən yanğın hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Gülməmməd Eyvazov özünü evdə yandırıb. Daha sonra evin yandığını görən G.Eyvazov özünü pəncərədən aşağı atıb. 

Ağır yanıq xəsarətləri alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


***11:28

Lənkəran. 20 sentyabr. REPORT.AZ/ Lənkəranda ev yanıb, mənzil sahibi yanıq xəsarətləri alıb.

“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Xanlıqlı kəndində qeydə alınıb.

Kənd sakini 52 yaşlı Gülməmməd Eyvazov evinin yanması nəticəsində ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi