Lənkəranda yanğın olub, xəsarət alan var - FOTO

Lənkəranda yanğın olub, xəsarət alan var - FOTO Yanğının səbəbləri araşdırılır
Hadisə
30 dekabr 2016 07:03
Lənkəranda yanğın olub, xəsarət alan var - FOTO

Lənkəran. 30 dekabr. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhərində ev yanıb. 

"Report"un  Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Rəsul Rza küçəsində yerləşən Mehriban Qurbanovaya məxsus ikimərtəbəli yaşayış evində baş verib. Birinci mərtəbədə iki otaq və aynabənd yanıb.

Ev sahibi üz nahiyəsindən yanıq xəsarətləri alıb. 

Yanğının səbəbləri araşdırılır. İlkin məlumatlara görə, evdə qurudulmaq üçün asılan paltarların sobanın üstünə düşərək alışması olub. 

Son xəbərlər

Orphus sistemi