Lənkəranda əri tərəfindən döyülən qadın xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəranda əri tərəfindən döyülən qadın xəstəxanada ölüb - YENİLƏNİB Lənkəran. 13 mart. REPORT.AZ/ Lənkəranda döyülərək xəstəxanaya yerləşdirilən qadın ölüb.
Hadisə
13 Mart , 2018 11:21
Lənkəranda əri tərəfindən döyülən qadın xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəran. 13 mart. REPORT.AZ/ Lənkəranda döyülərək xəstəxanaya yerləşdirilən qadın ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

M.Qafarovanın yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb". 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


***16:23

Lənkəran. 12 mart. REPORT.AZ/ Lənkəran rayonunda qadın əri tərəfindən döyülüb.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Rvo kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başalnılıb. 

Son xəbərlər

Orphus sistemi