Yuxarı
    Bağlamaq

    Lənkəranda kişi dördüncü arvadını balta ilə qətlə yetirib - ƏLAVƏ OLUNUB

    Hadisə ailə münaqişəsi zəminində baş verib© Courtesy İmage

    *** sonuncu abzas əlavə olunub

    Lənkəran. 19 iyun. REPORT.AZ/ Lənkəranda qətl hadisəsi baş verib.

    "Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

    İlkin məlumata görə, Lerik rayon Mastail kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlican oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

    Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

    Qeyd edək ki, A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi