Lənkəranda Ədliyyə Nazirliyinin əməkdaşı bıçaqlanıb

Lənkəranda Ədliyyə Nazirliyinin əməkdaşı bıçaqlanıb Yaralının vəziyyəti normaldır
Hadisə
24 Avqust , 2017 21:28
Lənkəranda Ədliyyə Nazirliyinin əməkdaşı bıçaqlanıb

Lənkəran. 24 avqust. REPORT.AZ/ Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Sütəmurdov kənd sakini Hüseynov Ruslan Şahvələd oğlu bıçaq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əməliyyat olunan yaralının vəziyyəti normaldır. R.Hüseynovun ədliyyə işçisi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi