Lənkəranda dezinfeksiya işlərinə DİN-in xüsusi texnikaları qoşuldu - VİDEO

Lənkəranda dezinfeksiya işlərinə DİN-in xüsusi texnikaları qoşuldu - VİDEO Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya təhlükəsi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində karantin müddətini mayın 31-ə qədər uzatması ilə bağlı qəbul etdiyi qərardan sonra Lənkəran şəhərində təmizlik-dezinfeksiya tədbirlərinə və karantin rejiminin tələblərinə əhali tərəfindən riayət olunmasına diqqət daha da artırılıb.
Hadisə
3 May , 2020 14:48
Lənkəranda dezinfeksiya işlərinə DİN-in xüsusi texnikaları qoşuldu - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya təhlükəsi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində karantin müddətini mayın 31-ə qədər uzatması ilə bağlı qəbul etdiyi qərardan sonra Lənkəran şəhərində təmizlik-dezinfeksiya tədbirlərinə və karantin rejiminin tələblərinə əhali tərəfindən riayət olunmasına diqqət daha da artırılıb. 

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları tərəfindən gündəlik olaraq dezinfeksiya işləri həyata keçirilir. Bu gün isə şəhərin prospekt və küçələrinin, habelə bir neçə kəndin xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiyası işlərinə Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub.

Dövlət yol polisi və post-patrul xidməti əməkdaşlarının müşayəti ilə əvvəlcədən hazırlanmış marşrutlar üzrə şəhərin və ətraf kəndlərin dezinfeksiyası həyata keçirilib.

İcra Hakimiyyəti Başçısının birinci müavini Möhübbət Babayevin sözlərinə görə, şəhərin daha 35 küçəsində və koronavirus epidemiyasının yayıldığı ehtimal edilən 3 kənddə: Şağlaser, Şilavar və Digah kəndlərində də dezinfeksiya tədbirləri davam etdiriləcək. Qeyd olunub ki, hazırda Lənkəranda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, mayın 31-ə qədər rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri və karantin-sanitariya qaydalarının əhali arasında geniş təbliği ilə bağlı izahat işləri davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi