Bu gün Lənkəranda dənizdə boğulan iki nəfərdən birinin kimliyi məlum olub.
"Report"un cənub bürosu xəbər verir ki, ölənlərdən biri Məmmədzadə Ramin Tahir oğludur.
O, Lənkəran rayonunun Separadi kəndindəndir.
Lənkəranda daha bir nəfər dənizdə batıb.
"Report" FHN-ə istinadən xəbər verir ki, bu gün Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Lənkəranda dənizdə 1 nəfər batıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
