Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb - FOTO

Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb - FOTO Ağabanı Səfərova ürək tutmasından dünyasını dəyişib
Hadisə
187
22 Oktyabr , 2016 18:23
Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb - FOTO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndində baş verib.

Kənd sakini 63 yaşlı Səfərova Ağabanı Balağa qızı həyat yoldaşı ilə qonşusunun məişət zəminində mübahisə etdiklərini, mübahisənin dalaşmaya çevrildiyini görərək, onları sakitləşdirmək məqsədilə araya girib. Nəticədə huşunu itirərək yerə yıxılıb. 

Yaxınlarının dediyinə görə, A.Səfərova ürək tutmasından dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi