Lənkəranda çayqırağı kəndləri su basıb - VİDEO

Lənkəranda çayqırağı kəndləri su basıb - VİDEO Ərazidə təmizləmə işləri aparılır
Hadisə
30 Oktyabr , 2015 10:55
Lənkəranda çayqırağı kəndləri su basıb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ötən gecədən etibarən fasiləsiz yağan yağışlar Lənkəranda bir sıra fəsadlar yaradıb. "Report"un məlumatına görə, aramsız yağışlar nəticəsində Lənkəranda bəzi evlər və yollar su altında qalıb. Lənkərançayda suyun səviyyəsi maksimum həddə çatıb və çay məcrasından çıxaraq çayqırağı yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub.

Rayonun Girdəniçay ve Boladiçay çaylarında da suyun səviyyəsi qalxıb və çayın ətrafında yerləşən kəndləri su basıb. Lənkəran şəhəri ərazisində su ötürücü kanallar daşaraq fərdi təsərrüfatlara dolub və nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.


Lənkəran-Lerik yolunda dağlardan üzüaşağı gələn yağıntı suları özü ilə lil və torpaq kütləsi gətirir ki, bu da yolun hərəkət istiqamətində problemlər yaradır.
43 saylı Lerik Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi səhər saatlarından başlayaraq ərazidə təmizləmə işləri aparır.

Son xəbərlər

Orphus sistemi