Lənkəranda çay evini işlədən və 5 nəfər müştəri saxlanıldı

Lənkəranda çay evini işlədən və 5 nəfər müştəri saxlanıldı Lənkəranda karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.
Hadisə
18 Dekabr , 2020 12:45
Lənkəranda çay evini işlədən və 5 nəfər müştəri saxlanıldı
0 : 00
0 : 00

Lənkəranda karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı rayonun Kərgəlan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Həmin obyekti işlədən Kərgəlan kənd sakini T.Rzayev 5 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. T. Rzayev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi