Lənkəranda dənizdə batan kişinin şəxsiyyəti məlum olub - VİDEO - FOTO - YENİLƏNİB

Lənkəranda dənizdə batan kişinin şəxsiyyəti məlum olub - VİDEO - FOTO - YENİLƏNİB Batan şəxsin axtarışına başlanılıb
Hadisə
23 Avqust , 2016 21:42
Lənkəranda dənizdə batan kişinin şəxsiyyəti məlum olub - VİDEO - FOTO - YENİLƏNİB

Lənkəran. 23 avqust. REPORT.AZ/ Xəzər dənizinin Lənkəranın Sütəmurdov kəndi sahillərində batan kişinin şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, bu, Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Əzimov Əli İltifat oğludur.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumun Cənub Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri batan şəxsin axtarışına başlayıb.

***20:37

Lənkəranın Sütəmurdov kəndi ərazisində Xəzər dənizinin sahilində bir nəfər batıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Onun kimliyi məlum olmasa da, şahidlər onun Cəlilabad rayon sakini olduğunu bildiriblər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Sularda Xilasetmə Dalğıc Qrupu məlumatlandırılıb. Onlar hadisə yerinə gəldikdən sonra batan şəxsin tapılması üçün tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi