Bakı. 10 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun Cil kəndində üç nəfərin evindən tüfəng götürülüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Cil kənd sakinləri - İmran Abdullayevin, Şirvan Əkbərovun və Elmin Rzayevin evlərinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16”, “İJ-58” və “İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.