Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib Faktla bağlı təhqiqat aparılır
Hadisə
11 İyul , 2016 02:07
Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Bakı. 11 iyul. REPORT.AZ/ Lənkəranda bıçaqlanma hadisəsi olub."Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində baş verib. Ağstafa rayonunun Saloğlu qəsəbə sakini, bir neçə ildir Nərimanabad qəsəbəsində yaşayan 34 yaşlı Sultanov Nurlan Akif oğlu bıçaqlanıb.

Lənkəran ŞRPŞ-dən hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir. Hadisə zamanı hər iki şəxs sərxoş vəziyyətdə olub. Adının Faiq olduğu bildirilən Nərimanabad qəsəbə sakini N.Sultanova bıçaq zərbələri endirib. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, üzərində əməliyyat aparılıb, vəziyyəti normaldır.

Hadisəni törədən şəxsi kimliyinin dəqiqləşdirilməsi və saxlanması istiqamətində tədbirlər görülür.

Faktla bağlı təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi