Yuxarı

​Lənkəranda beşmərtəbəli binada yanğın baş verib - FOTO

Hadisə zamanı evdə heç kim olmayıb

Bakı. 1 May. REPORT.AZ/ Axşam saatlarında Lənkəran şəhərində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Z.Əliyeva küçəsi, 78/1, mənzil 14-də qeydə alınıb.

Nəticədə ev sahibi Şıxəliyev Siyavuş Şıxəli oğluna məxsus üçotaqlı mənzilin iki otağı, aynabəndin kənar konstruksiyası və dəhliz hissəsi yanıb. Yanğın yerinə iki maşın cəlb edilib. 

Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Yanğın saat 17.52-də söndürülüb. Hadisə zamanı evdə heç kim olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi