Lənkəranda baş verən quldurluq hadisəsinin təfərrüatları məlum olub - FOTO

Lənkəranda baş verən quldurluq hadisəsinin təfərrüatları məlum olub - FOTO ​Faktla bağlı cinayət işi açılıb
Hadisə
28 İyun , 2016 12:35
Lənkəranda baş verən quldurluq hadisəsinin təfərrüatları məlum olub - FOTO

Lənkəran. 28 iyun. REPORT.AZ/ Lənkəran şəhərində baş verən quldurluq hadisəsinin təfərrüatları məlum olub. Bu barədə "Report"un Cənub bürosuna Lənkəran Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. 
Şöbədən bildirilib ki, iyunun 24-də Lənkəran şəhər, T.İsmayılov küçəsi 47 ünvanında yerləşən "Koroğlu" MMC-yə məxsus ofisə basqın edən üç nəfərdən biri əvvəllər bu şirkətdə çalışan  Əli Canbulat oğlu Məmmədov olub. 

O, tanışları Bakı şəhər sakinləri Elnur İlqar oğlu Əsgərov və İlqar Musa oğlu Nuriyev ilə birlikdə qabaqcadan əlbir olaraq gecə 12  radələrində maskalı formada, bıçaq və tapançadan istifadə etməklə şirkətin Lənkəran rayonu üzrə ofisinə qanunsuz olaraq daxil olublar. Onlar təftişçi Azər Əlisəfa oğlu Babayevi və operator  Rəfail İlham oğlu Əliyevi silahla hədələyib və onlara fiziki zor tətbiq edərək seyfi açmağı tələb ediblər. Seyfin açarının onlarda olmadığına əmin olduqda işçilərin əl-ayaqlarını bağlayıblar. Seyfi ikinci mərtəbədən aşağı atmaq istəyəndə orada çalışan Fuad Niyaz oğlu Əsgərli hadisənin şahidi olub. Bundan təşvişə düşən quldurlar seyf ağır olduğundan onu saxlayıb, gəldikləri avtomaşınla hadisə yerindən uzaqlaşıblar. Seyfdə 14 min manat pul olduğu bildirilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üç nəfərlik dəstənin iki üzvü tutularaq istintaqa təhvil verilib. Quldurluq əməlini planlaşdıran Əli Məmmədov barəsində isə axtarış verilib. Hələlik onu saxlamaq mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi