Lənkəranda baş verən qətlin təfərrüatı məlum olub - FOTO

Lənkəranda baş verən qətlin təfərrüatı məlum olub - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
28 Mart , 2017 16:33
Lənkəranda baş verən qətlin təfərrüatı məlum olub - FOTO
Report.az

Lənkəran. 28 mart. REPORT.AZ/ Lənkəran rayonunun Səpnəkəran kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, kənd orta məktəbinin müəllimi, 48 yaşlı Maygül Daməd qızı Əliyeva taxta parçası ilə baş nahiyəsindən aldığı zərbə ilə qətlə yetirilib.

İlkin məlumatlara görə, M.Əliyevanı həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev öldürüb.

Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.

Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R.Əliyev bir neçə dəfə arvadını döyüb. 

R.Əliyevin atası A.ƏLiyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi