Lənkəranda baş verən yol qəzasında sürücünün 2 övladı ağır xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında sürücünün 2 övladı ağır xəsarət alıb Qəzaya yüksək sürət və ötmə qaydalarının kobud şəkildə pozulması səbəb olub
Hadisə
21 İyul , 2015 12:28
Lənkəranda baş verən yol qəzasında sürücünün 2 övladı ağır xəsarət alıb

Bakı. 21 iyul. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, Ələt-Astara magistral yolunun 199-cu km-də baş verən qəzada iki nəfər ağır kəllə-beyin travması alıb.

Belə ki, Ələt istiqamətində hərəkət edən iki nəqliyyat vasitəsi toqquşub. Vüqar İbrahimovun idarə etdiyi 99 AL 416 dövlət qeydiyyat nişanlı "Nissan Sentra" ilə Nicat Həsənlinin idarə etdiyi 42 BA 332 nömrə nişanlı "VAZ 2163" markalı avtomaşınların toqquşmasından sonra "Nissan Sentra" yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücünün avtomobildə olan övladları - 18 yaşlı Pərvin və 3 yaşlı Hünər xəsarət alıb. Onlar alın və baş nahiyələrindən kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Burada ilkin tibbi yardım göstərildikdən sonra yaralılar Bakıya göndəriliblər.

Qəzaya yüksək sürət və ötmə qaydalarının kobud şəkildə pozulması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi