Yuxarı

Lənkəranda Azərbaycan vətəndaşı olan rus qadın intihar edib - FOTO

Girdəni kənd sakini 57 yaşlı Əliyeva Yelena Yevgeniyevna yaşadığı fin tipli yaşayış evinin girəcəyində özünü asıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Lənkəranda Azərbaycan vətəndaşı olan rus qadın intihar edib.

"Report" xəbər verir ki, Girdəni kənd sakini 57 yaşlı Əliyeva Yelena Yevgeniyevna yaşadığı fin tipli yaşayış evinin girəcəyində özünü asıb. Hadisə yerinin müayinəsi nəticəsində mərhumun bu gün səhər saatlarında intihar etdiyi məlum olub.

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən verilən məlumata görə, meyidin üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib, amma boyun nahiyəsində stanquliyasiya, yəni boğulma şırımı aşkar edilib. 

Kənd sakinlərinin bildirdiyinə görə, Rusiyanın Kaluqa vilayətindən olan Yelena Əliyeva azərbaycanlı ilə ailə quraraq uzun illər əvvəl bu kəndə köçübmüş. O, sonradan İslam dinini qəbul edibmiş. Mərhumun iki oğlu var. Sonralar həyat yoldaşı ondan ayrılıb, başqa yerə gedib, bir daha ailəsi ilə əlaqə saxlamayıb. 

Mərhumun oğlanlarından biri hazırda məhkumluq həyatı yaşayır, digər oğlu isə bir neçə il əvvəl Rusiyaya gedib. İşsiz, təkbaşına qalan qadın vətəninə qayıtmaq istəsə də ailəsi onu qəbul etməyib. Bu illər ərzində qonşuların himayəsində yaşayıb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdrıma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi