Lənkəranda avtomobillər toqquşub, ölən var

Lənkəranda avtomobillər toqquşub, ölən var Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.
Hadisə
28 May , 2021 16:59
Lənkəranda avtomobillər toqquşub, ölən var

Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Bakı-Astara magistral yolunun Lənkəran rayonunun Şirinsu kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Subaru Outback” markalı 99-MC-209 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında dayanmış vəziyyətdə olan “Mercedes” markalı 10-XP-654 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə “Subaru Outback” yoldan çıxraq aşıb və sürücü, 1964-cü il təvəllüdlü Surəddin Mirzağa oğlu Həmzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Həmzəyev Bakıda yaşasa da, Lənkəran rayonunun Ürgə kəndindəndir. O, yaxınlarını ziyarət etməyə gəlirmiş. “Mercedes”in sürücüsü isə hadisə zamanı avtomobildə olmayıb.

Son xəbərlər

Orphus sistemi