Lənkəranda avtomobil yoldan çıxaraq aşıb: xəsarət alan var - FOTO

Lənkəranda avtomobil yoldan çıxaraq aşıb: xəsarət alan var - FOTO Qəza zamanı avtomobildə üç nəfər olub
Hadisə
5 Fevral , 2017 16:13
Lənkəranda avtomobil yoldan çıxaraq aşıb: xəsarət alan var - FOTO

Bakı. 5 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şirin-Su kəndindən keçən hissəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Şağlaküçə kənd sakini Şükürov Nasir Əzizulla oğlunun idarə etdiyi "Hyundai elantra" markalı avtomaşın yoldan çıxaraq bir neçə dəfə aşıb.

Nəticədə sürücü xəsarət alıb. O, yaxınlıqdakı şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal müayinə olunub. Bildirilir ki, qəzaya avtomobilin sürüşərək yoldan çıxması səbəb olub.

Şahidlərin sözlərinə görə, qəza zamanı avtomobildə üç nəfər olub. Onlardan ikisinin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi