Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb - YENİLƏNİB

Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb - YENİLƏNİB Lənkəran şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən yeniyetmənin şəxsiyyəti məlum olub.
Hadisə
20 Noyabr , 2019 20:11
Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb - YENİLƏNİB

Lənkəran şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən yeniyetmənin şəxsiyyəti məlum olub. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki, Su-8 deyilən ərazisində baş verən yol qəzası zamanı ölən şəxsin Lənkəran şəhər sakini, 2007-ci il təvəllüdlü Nihad Çingiz oğlu Kazımzadə  olması müəyyən edilib. 

Hadisə şahidlərinin məlumatına görə, N.Kazımzadə idmançı olub və hadisə onun məşqdən evə qayıtdığı zaman baş verib. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 


*** 18:59

Lənkəran rayonunda avtomobil yeniyetməni vuraraq öldürüb.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Şəhidlər xiyabanı küçəsində, Su-8 deyilən ərazidə baş verib. 

Məlumata görə, həmin ərazidə yolu keçmək istəyən yeniyetmə oğlanı avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralını sürücü xəstəxanaya çatdırmaq istəsə də yeniyetmə yolda vəfat edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi