Lənkəranda avtomobil piyadanı vurub öldürdü

Lənkəranda avtomobil piyadanı vurub öldürdü ​​​​​​​Lənkəran rayonunda ağır yol qəzası baş verib
Hadisə
18 May , 2021 23:37
Lənkəranda avtomobil piyadanı vurub öldürdü

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü, Əliyev Ağaziyad Miryunus oğlu “VAZ 2107” markalı avtomobillə vurulub.

Sürücü xəsarət alan şəxsi avtomobili ilə xəstəxanaya çatdırmaq istəsə də A.Əliyev yolda vəfat edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Sürücü izahatı alınmaq üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi