Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Avqust , 2021 10:38
Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə gecə saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1994-cü il təvəllüdlü Kamran Əmrah oğlu Nurullayevi avtomobil vurub. Yaralı təcili olaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

K.Nurullayevə qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin əzilmiş, didilmiş, kəsilmiş yarası diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi