Yuxarı
    Bağlamaq

    Lənkəranda avtomobil oğrusu tutulub - FOTO

    Avtomobil tərk olunmuş halda aşkar edilib

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.

    "Report" xəbər verir ki, 1975-ci il təvəllüdlü yerli sakin Nəsirov Qadir Qulam oğlu Göyşaban kəndi ərazisində avtonəqliyyat vasitəsinin qaçırılması ilə bağlı polisə müraciət edib.

    Q.Nəsirovun məlumatına görə, ona məxsus "VAZ 2109" markalı "42 BC 468" dövlət qeydiyyat nişanlı avtomaşın kəndin mərkəzi hissəsindən oğurlanıb.

    Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi tərk olunmuş halda başqa ərazidə tapılıb. Əməliyyat məlumatları əsasında 1989-cu il təvəllüdlü Rəhmanov Dilbər Vəfadar oğlu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Onun evinə baxış zamanı Q.Nəsirova məxsus olan mobil telefon aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Hazırda Lənkəran rayon Polis şöbəsində oğurluq faktı ilə bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi