Lənkəranda avtomobilin vuraraq öldürdüyü piyadanın adı məlum olub - YENİLƏNİB

Lənkəranda avtomobilin vuraraq öldürdüyü piyadanın adı məlum olub - YENİLƏNİB Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
27 İyul , 2019 13:18
Lənkəranda avtomobilin vuraraq öldürdüyü piyadanın adı məlum olub - YENİLƏNİB

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayon sakini 1980-cı il təvəllüdlü Məmmədov Rasim Əlimməmməd oğludur. 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun 30-35 yaşlarında orta boylu kişi olduğu bildirilir. 


*** 11:48

Lənkəran şəhərində avtomobil naməlum kişini vuraraq öldürüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisində keçən hissəsində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Qismət Şahraz oğlu Talıbov idarə etdiyi "Peugeot" markalı avtomobillə yolda hərəkət edən piyadanı vurub. 

Vurulan şəxsin kimliyi hələ ki, müəyyən edilməyib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi