Bakı. 1 oktyabr. REPORT.AZ/ Lənkəranda avtomobil hasara çırpılıb, 3 nəfər xəsarət alıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran rayonu Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı maneəyə və hasara çırpılıb. Nəticədə avtomobildə olan üç nəfər - Lənkəran rayon Mamusta kənd sakinləri olan 1993-cü il təvəllüdlü Quluzadə Rauf Gülməmməd oğlu, onun həmyaşıdı Quluzadə İsrafil Güləli oğlu və 1997-ci il təvəllüdlü Məmmədzadə Səndin Kamil oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.