Lənkəran. 21 yanvar. REPORT.AZ/ Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Osaküçə-Sinovlu yolunda qeydə alınıb.
Belə ki, "OKA" markalı avtomaşın avtobus dayanacağında olan iki nəfəri - Bağırov Rövşən Ağamirzə oğlu və Məhərrəmova Təranə Mirzəbala qızını vurub.
Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Bağırova aşağı ətrafların sınığı diaqnozu qoyulub, onun vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir.
Hadisəni törədənin kimliyi məlum deyil.
Qeyd edək ki, Osaküçə kənd sakini R.Bağırov şəhid atasıdır.