​Lənkəranda avtomobil azyaşlını vurub - FOTO

​Lənkəranda avtomobil azyaşlını vurub - FOTO Hadisə rayonun Xolmili kəndində baş verib
Hadisə
12 Avqust , 2016 21:46
​Lənkəranda avtomobil azyaşlını vurub - FOTO

Bakı. 12 avqust. REPORT.AZ/ Lənkəranda avtomobil azyaşlını vurub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Xolmili kəndində baş verib. 

Kənd sakini, 22 yaşlı Qədirli Yusif Adil oğluna məxsus, 42 BV 737 dövlət qeydiyyat nişanlı "Mercedes" avtomobili həmin kəndin 3 yaşlı sakini Kazımova Zeynəb Sadiq qızını vurub.

Piyadanı vuran şəxs təcili olaraq yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Qapalı kəllə-beyin travması və sümük sınıqları ilə reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü zərərçəkənin qonşusudur. Qəza zamanı avtomobili kimin idarə etməsi isə hələlik tam dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi