Lənkəranda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Lənkəranda avtomobil aşıb, iki nəfər xəsarət alıb Qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub
Hadisə
6 noyabr 2017 06:06
Lənkəranda avtomobil aşıb, iki nəfər xəsarət alıb
Report

Lənkəran. 6 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobil aşıb. 

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralında, rayonun Göyşaban kəndindən keçən hissəsində baş verib.

“Mitsubishi-pikap” markalı 90-MV-061 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni  itirib, maşın yoldan çıxıb və aşıb.

Nəticədə Ucar rayon sakinləri 28 yaşlı Soltanov Sabir Şükür oğlu və həmyerlisi Mövsümov Ağamir Mirhəşim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzaya çiskinli hava şəraitində avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi