Yuxarı
    Bağlamaq

    Lənkəran şəhərində “Avropa günü” keçirilir - FOTO

    Tədbir Aİ-nin əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub© Report.az

    Bakı. 7 may. REPORT.AZ/ Lənkəranda Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Avropa günü” (Şuman günü) keçirilir.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, builki “Avropa günü” Aİ-nin əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub.

    Tədbirə Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə yanaşı, quruma üzv olan 15-dən artıq ölkənin səfir və təmsilçiləri qatılıb.

    Tədbirin ilk günündə iştirakçılar Lənkəran Dövlət Universitetində dil kurslarının açılış mərasimində iştirak ediblər və şəhərin Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçiriblər. Daha sonra Gənclər mərkəzində film nümayiş olunub. Lənkəran Mədəniyyət Mərkəzində tələbə komandaları arasında keçirilən viktorina da böyük marağa səbəb olub. Axşam saatlarında Bakı Filarmoniyasından “Kosmosdan səs – Mariya Kallaszız 40 il” italyan-yunan operasının qala konsertinə canlı yayımla baxılıb. Şam yeməyi zamanı yerli sənətçilərin iştirakı ilə şənlik təşkil olunub.

    Hazırda qonaqlar daha bir neçə tədbirə qatılıblar. Bir qədər sonra jurnalistlər üçün mətbuat konfransı təşkil olunacaq.

    Qeyd edək ki, 60 il bundan əvvəl II Dünya müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün 500 min insanı təmsil edən təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartlarının və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Qurumun Azərbaycanla iqtisadi, siyasi və mədəni əlaqələri gündən-günə inkişaf etməkdədir. Builki “Avropa günü”nün məhz Azərbaycanda keçirilməsi buna əyani sübutdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi