Lənkəranda arvad ərini bıçaqlayıb

Lənkəranda arvad ərini bıçaqlayıb Həyat yoldaşı ilkin izahat zamanı özünü müdafiə etmək məqsədilə bıçağa əl atdığını bildirib
Hadisə
22 Avqust , 2015 12:43
Lənkəranda arvad ərini bıçaqlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Ötən gecə Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilən 28 yaşlı Elmar Amil oğlu Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çoxlu qan itirmə, ikibaşlı əzələnin dərin kəsilmiş-deşilmiş yarası diaqnozu və şok vəziyyətində daxil olub.

E.Məmmədovun üzərində aparılan əməliyyat tədbirlərindən sonra vəziyyəti stabilləşib.

Rayonun Şilavar kənd sakini olan E.Məmmədov ailəsi ilə birlikdə şəhərdə kirayədə qalır.

Onun həyat yoldaşı ilkin izahat zamanı özünü müdafiə etmək məqsədilə bıçağa əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi