Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda 67 yaşlı qadın döyülərək xəstəxanalıq olub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Kosalar kəndində baş verib.
Belə ki, kənd sakini, 1951-ci il təvəllüdlü Məşkurə Ənvər qızı Babayeva qonşusu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.
Yaralı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.