​Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb

​Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsi araşdırma aparır
Hadisə
5 Sentyabr , 2015 14:07
​Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonunun Siyavar kəndində şəhər sakini Rəfayel Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Rzayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi