Lənkəranda yol qəzası olub: sürücülərdən biri ölüb, digəri yaralanıb - FOTOLAR - YENİLƏNİB-2

Lənkəranda yol qəzası olub: sürücülərdən biri ölüb, digəri yaralanıb - FOTOLAR - YENİLƏNİB-2 Lənkəran. 24 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfərin adı məlum olub.
Hadisə
24 Dekabr , 2018 09:41
Lənkəranda yol qəzası olub: sürücülərdən biri ölüb, digəri yaralanıb - FOTOLAR - YENİLƏNİB-2
Report
0 : 00
0 : 00

Lənkəran. 24 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfərin adı məlum olub. 

"Report"un Cənub bürosunun məlumatına görə, avtoqəza nəticəsində daha bir nəfər “VAZ 2106” markalı avtomobildə olan sərnişin, Lənkəranın Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Təranə Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

T.Tağıyeva sürücüsü ölən avtomobildə olub.


*** 09:03

Lənkəran. 24 dekabr. REPORT.AZ/ Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Lənkəran ərazisində qeydə alınıb.

Sıx dumanlı hava şəraitində əks istiqamətlərdə hərəkətdə olan 42 BS 578 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobil 42 BO 227 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü Lənkəran rayon Havzava kənd sakini 1961-ci il təvəllüdlü İmaməliyev Allahverdi Sürət oğlu hadisə yerində ölüb. 

“VAZ 2107”nin sürücüsü Ravin Şükürov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 08:28

Lənkəran. 24 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması ilə baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı sürcülərdən biri elə hahisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarınm şəxsiyyəti hələlik məlum deyil. Hadisə zamanı ölən sürücünün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmlara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi