Lənkəranda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Lənkəranda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 5 nəfər yaralanıb Qəza Boladı kəndi ərazisində qeydə alınıb
Hadisə
10 Sentyabr , 2016 07:08
Lənkəranda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Lənkəran. 10 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Lənkəranın Boladı kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza "VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzanın baş verdiyi magistral yol hələ tam istifadəyə verilməyib.

Son xəbərlər

Orphus sistemi