Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2

Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Mart , 2018 17:38
Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2
Report

Lənkəran. 15 mart. REPORT.AZ/ Lənkəran rayonun ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, sürücülərdən biri, Lənkəran rayonunun Şovu kənd sakini, 1959-cu il təvəllüdlü Əbutalıb Xalıq oğlu Şahbazov xəstəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. 

Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq


***17:23

Lənkəran. 15 mart. REPORT.AZ/ Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, yaralılar - Lənkəran rayonunun Şovu kənd sakinləri, 1961-ci il təvəllüdlü Vədiyə Həsən qızı Şəfiyeva, onun qızı 1982-ci il təvəllüdlü Əminə Əbülfəz qızı Şəfiyeva, gəlini 1987-ci il təvəllüdlü Ramilə Ağaman qızı Şəfiyeva Lənkəran rayonunun Qurumba kənd sakini, 1988-ci il təvəllüdlü Fərid Elxan oğlu Əmirov və onun sərnişini, Lerik rayonunun Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Vaqif Mirağa oğlu Bəndiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. 

Xəstəxanadan "Report"un Cənub bürosuna bildirilib ki, yaralıların vəziyyəti ağır olaraq qalır. 

Hadisə zamanı ölən şəxsin "VAZ-2107" markalı avtomobillərdən birinin sürücüsü olduğu bildirilir. Onun şəxsiyyəti müəyyənləşdirilir. 


***17:06

Lənkəran. 15 mart. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaküçə kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi