Lənkəranda ağacdan yıxılan kişinin belinə budaq batıb

Lənkəranda ağacdan yıxılan kişinin belinə budaq batıb Lənkəran rayonunun Havzava kəndində 45 yaşlı kişi ağacdan yıxılaraq xəsarət alıb.
Hadisə
26 İyun , 2019 01:15
Lənkəranda ağacdan yıxılan kişinin belinə budaq batıb

Lənkəran rayonunun Havzava kəndində 45 yaşlı kişi ağacdan yıxılaraq xəsarət alıb.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, yerli sakin Malıyev Firuz Tərbiz oğlu meyvə ağacından yıxılıb.

O, yıxılarkən ağacın budağı onun bel nahiyəsinə batıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan F.Malıyevə belin sol nahiyəsinin daxilə nüfuz edən, kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstə əməliyyat olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi