Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb

Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə
720
25 Oktyabr , 2021 23:05
Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb
0 : 00
0 : 00

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi