Lənkəranda 8 ədəd tank əleyhinə mina aşkar edilib

Lənkəranda 8 ədəd tank əleyhinə mina aşkar edilib Nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb
Hadisə
6 Yanvar , 2017 00:40
Lənkəranda 8 ədəd tank əleyhinə mina aşkar edilib

Lənkəran. 6 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Lənkəran şəhəri sahillərində 7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən“Report”un Cənub bürosuna verilən məlumata görə, nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 05 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 700 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi