Lənkəranda ahıl kişi çayda boğulub

Lənkəranda ahıl kişi çayda boğulub Lənkəran sakini çaya yıxılaraq boğulub.
Hadisə
10 Dekabr , 2021 23:40
Lənkəranda ahıl kişi çayda boğulub
0 : 00
0 : 00

Lənkəran sakini çaya yıxılaraq boğulub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Vilvan kəndində baş verib.

Təxminən 60 yaşlarında olan kənd sakini Qurbanəli Cəfərovun meyiti çayda aşkarlanıb. İlkin məlumata görə, Q.Cəfərov velosipedlə hərəkət edən zaman müvazinətini itirərək çaya yıxılıb və orada boğulub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi