Lənkəranda 6 yaşlı uşaq kimyəvi maye içib

Lənkəranda 6 yaşlı uşaq kimyəvi maye içib Onun ağız boşluğu və qida borusuna ciddi ziyan dəyib
Hadisə
6 İyul , 2018 09:32
Lənkəranda 6 yaşlı uşaq kimyəvi maye içib
0 : 00
0 : 00

Lənkəran. 6 iyul. REPORT.AZ/ Lənkəran rayonunda 6 yaşlı uşaq kimyəvi maye içib.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə ucqar dağ kəndi olan Günəhirdə baş verib. 

6 yaşlı Nihad Kamran oğlu Mirzəyev plastik butulkada olan kimyəvi rəng qarışdırıcısını (rastvaritel) su əvəzinə içib. Nəticədə ağız boşluğu və qida borusuna ciddi ziyan dəyib. 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi