Yuxarı
    Bağlamaq

    Lənkəranda 58 yaşlı qadın intihar edib - FOTO

    Faktla bağlı araşdırma aparılır

    Lənkəran. 10 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 58 yaşlı qadın intihar edib. 

    "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Parakənd kəndinde qeydə alınıb.

    Belə ki, Mələk Qəmbər qızı Cəfərovanın meyiti ailə üzvləri tərəfindən həyətlərindəki yardımçı tikilidə tavandan asılmış vəziyyətdə aşkar edilib. 

    Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi