Bakı. 24 fevral. REPORT.AZ/ Lənkəranda intihar hadisəsi baş verib. "Report"un xəbərinə görə, Lənkəran şəhəri Şəhidlər xiyabanı küçəsi 46/1, mənzil 7-də yaşayan 54 yaşlı Əliyeva Validə Əbdülqasım qızı mənzilində asılmış vəziyyətdə aşkar edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
İlkin müayinə zamanı meyitin boyun nayihəsində boğulma şırımı olduğu, ölümün boğulma səbəbindən baş verdiyi aydınlaşıb. Yaxınlarının bildirdiyinə görə intihar etdiyi bildirilən şəxsin psixi pozğunluğu olub. Son vaxtlar tək yaşayırmış.
Ölüm faktını Lənkəran Rayon Prokurorluğu araşdırır.