Lənkəranda 45 yaşlı kişi çayda boğulub - YENİLƏNİB

Lənkəranda 45 yaşlı kişi çayda boğulub - YENİLƏNİB Lənkəran rayonunda Veravul çayına düşərək boğulan şəxsin adı məlum olub.
Hadisə
12 Mart , 2019 19:10
Lənkəranda 45 yaşlı kişi çayda boğulub - YENİLƏNİB

Lənkəran rayonunda Veravul çayına düşərək boğulan şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Veravul kənd sakini, 1974-cü il təvəllüdlü Şamu Hacıbala oğlu Hacıyev ehtiyatsızlıqdan çaya yıxılıb və suda batıb. Xilasedicilər onun cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 16:31

Lənkəran rayonunda 45 yaşlı kişi çayda boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Veravul çayında qeydə alınıb. 

İlkin məlumata görə, hələlik adı məlum olmayan orta yaşlı kişi çaya düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər cəlb olunub. 

Ölən şəxsin meyiti dalğıclar tərəfindən axtarılır. 

Son xəbərlər

Orphus sistemi