Yuxarı

Lənkəranda 4 nəfərin ölümünə səbəb olan sürücü tutulub

Xansu Talıbov istintaqa cəlb olunub

Bakı. 24 mart. REPORT.AZ/ Lənkəran şəhərində 4 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. "Report"un məlumatına görə, Astara rayon sakini 30 yaşlı Xansu Talıb oğlu Xəlilzadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, ötən gecə Lənkəran-Boradigah şosse yolunda,  şəhəri Ləvəngi dairəsinə yaxın ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb. Sürücü Xəlilzadə Xansu hadisə yerindən qaçıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi