Lənkəranda 38 yaşlı kişi intihar edib

Lənkəranda 38 yaşlı kişi intihar edib Lənkəran. 30 mart. REPORT.AZ/ Lənkəran rayonunda 38 yaşlı kişi intihar edib.
Hadisə
30 Mart , 2018 11:33
Lənkəranda 38 yaşlı kişi intihar edib

Lənkəran. 30 mart. REPORT.AZ/ Lənkəran rayonunda 38 yaşlı kişi intihar edib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Mais Zakir oğlu Əsgərov özünü yaşadığı evdə asaraq intihar edib. M.Əsgərovun nə vaxt intihar etməsi hələlik məlum deyil. Yaxınları onun intihar etməsini bu gün səhər saatlarında biliblər. 

Qeyd edək ki, M.Əsgərov ailəli olub, iki övladı var. O, bir müddət bundan əvvəl həyat yoldaşı ilə boşanıb. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi