Lənkəran. 13 aprel. REPORT.AZ/ Lənkəranda 34 yaşlı Nəzakət Məmmədova bıçaqlanıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb.
Yaralı sağ qarın nahiyəsinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni N.Məmmədovanın qardaşı oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Kənan Sənham oğlunun törətdiyi məlum olub. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş erib.
K.Məmmədov könüllü formada polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.