Lənkəranda 29 yaşlı gəncin meyiti su quyusunda tapıldı

Lənkəranda 29 yaşlı gəncin meyiti su quyusunda tapıldı Lənkəran rayonunda bədbəxt hadisə baş verib
Hadisə
295
14 Mart , 2021 15:12
Lənkəranda 29 yaşlı gəncin meyiti su quyusunda tapıldı

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Günəhir kənd sakini, 1992-ci il təvəllüdlü Fətullayev Faiq Mirağa oğlunun cansız bədəni həyətlərindəki su quyusunda aşkar edilib.

Ailə üzvləri bildirib ki, F.Fətullayev dünən axşam evə gəlməyib və onun Bakıya getdiyi güman olunub.

Lakin bu gün onun meyiti həyətlərindəki su quyusunda tapılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi