Yuxarı

Lənkəranda bir nəfər dənizdə boğulub - YENİLƏNİB

Ölən şəxsin Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev olduğu müəyyənləşib

Bakı. 28 iyul. REPORT.AZ/ Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində bir nəfər Xəzər dənizində  boğulub. "Report"un məlumatına görə, hadisə "Dəhnə" deyilən çimərlik ərazisində baş verib. Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ancaq meyit təcili tibbi yardım maşını ilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Lənkəran rayon şöbəsinə aparılan zaman yolda mərhumun qohumları tərəfindən qaçırılaraq naməlum istiqamətə götürülüb. Lakin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində boğulan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölən şəxsin Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev olduğu müəyyənləşib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi