Lənkəranda 24 yaşlı gənc bıçaqlanıb

Lənkəranda 24 yaşlı gənc bıçaqlanıb Taksi ilə xəstəxanaya gələn şəxs bıçaqlandığını deyərək huşunu itirib
Hadisə
30 Noyabr , 2015 17:30
Lənkəranda 24 yaşlı gənc bıçaqlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Lənkəranda bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, şəhərin Qala xiyabanı küçəsi bina 28, mənzil 21-də yaşayan 24 yaşlı Ümid Nazim oğlu Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, yaralı özü taksi ilə xəstəxanaya gəlib və bıçaqlandığını deyərək huşunu itirib: "Yaralı sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib". 

Yaralını gətirən taksi sürücüsü hadisə ilə bağlı məlumatsız olduğunu və bıçaq yarası alan şəxsə kömək etmək məqsədilə xəstəxanaya gətirdiyini bildirib.

Hazırda Ü.Məmmədov əməliyyatda olduğundan hadisənin harada və hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi